Kadırov: "Özünüzə baxın, utanmırsınız" - VİDEO

Kadırov: "Özünüzə baxın, utanmırsınız" - VİDEO
11:27 7 Yanvar 2015
164 Dünya
Ölkə mətbuatı
A- A+

Çeçenistan lideri Ramzan Kadırov spirtli içkilərə qarşı mübarizənin yeni mərhələsini elan edib
Milli.Az anspress-ə istinadən xəbər verir ki, "quru qanun" respublikada hələ 2009-cu ildən bəri qüvvədədir.

Çeçenistanda spirtli içki almaq yalnız xüsusi mağazalarda gündə iki saat - səhər 8.00-dən 10.00-a qədər icazə verilir. Ancaq bir çox satıcılar bu qanuna baxmayaraq gecə-gündüz gizli şəkildə spirtli içki satırlar.

İndi onlarla mübarizəyə Çeçenistan Respublikasının başçısının özü çıxıb. Məhəmməd peyğəmbərin ad günündə Ramzan Kadırov Qroznı mağazaları və kafelərini özü şəxsən gəzib. Spirtli içki satılan ticarət obyektlərinin satıcıları gecə saat üçdə ölkə başçısının administrasiyasına gətiriliblər. Onlarla birlikdə Ramzan Kadırovun yanına sərxoş olan müştərilər də gətiriliblər. “Bunlar alkoqol satırlar və bunlar isə onu içirlər, nə dinə riayət edirlər, nə ənənəyə. Biz peyğəmbərin ad gününü bayram edirik, amma bəziləri gecə alkoqol satmağa çıxıblar, bəziləri də içməyə! Özünüzə baxın, utanmırsınız! Pulu Allah tərəfindən lənətlənmiş üsulla qazanmaq olar?” - deyə Ramzan Kadırov onları tənqid edib.

Kadırov spirtli içki satan bütün mağazaları bağlamağı əmr edib. Onların sahibləri və satıcılar qanunla cərimələnəcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR