Azərbaycanda nazir müavininin qolu sınıb

Azərbaycanda nazir müavininin qolu sınıb
17:37 7 Mart 2017
129 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov ciddi zədə alıb.
“Report”un məlumatına görə, nazir müavininin qolu sınıb. Bu səbəbdən İ.Rəhimov həm nazirlik, həm də MPK-nın tədbirlərinə qolu gipsli vəziyyətdə qatılıb.
Belə ki, nazir müavini qarlı hava şəraiti zamanı yolların buz bağlaması səbəbindən yıxılaraq zədə alıb.
Qeyd edək ki, Bakıda axırıncı dəfə şaxtalı hava şəraiti fevral ayının ikinci on günlüyündə qeydə alınıb.  


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycanda-nazir-muavininin-qolu-sinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR