Moskvada "quş qripi" aşkarlandı

Moskvada "quş qripi" aşkarlandı
17:52 7 Mart 2017
91 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Moskva vilayətində "quş qripi" virusu aşkarlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, infeksiyanın ocağı Şelkovski və Sergievo-Posadsk quşçuluq fabriklərində aşkar edilib.
 
Xəbəri İstehlakçıların Hüquqlarının Müdafiəsinə Nəzarət Federal Xidməti də təsdiqləyib. Qripin əsasən vəhşi qaz və ördəklərdən keçdiyi müəyyən olunsa da, infeksiyaya bütün növ ev quşları yoluxub. İnfeksiyanın insan qripi ilə rekombinasiya olunacağı halda, qripin insandan insana keçməsi riski yarana bilər.
 
Hazırda infeksiya ocağında profilaktik işlər aparılır. Ərazidə işləyən insanlar nəzarətdədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/524068.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR