AFFA-nın baş katibi Monteneqro Futbol Assosiasiyasının prezidenti ilə görüşüb

AFFA-nın baş katibi Monteneqro Futbol Assosiasiyasının prezidenti ilə görüşüb
17:52 7 Mart 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov Monteneqro Futbol Assosiasiyasının (MFA) prezidenti Deyan Saviçeviçlə görüşüb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş bu gün İngiltərənin paytraxtı Londonda gerçəkləşib.
Görüşdə iki milli assosiasiya arasında qarşılıqlı əlaqələr müzakirə olunub, fikir mübadiləsi aparılıb. E.Məmmədov UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi ilə bağlı platformasını D.Saviçeviçə təqdim edib.
Qeyd edək ki, E.Məmmədov daha əvvəl Serbiya Futbol Federasiyasının prezidenti Slavişa Kokeza və Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şukerlə görüşüb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-nin-bas-katibi-monteneqro-futbol-assosiasiyasinin-mfa-prezidenti-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR