La Liqa klubunda baş məşqçi dəyişikliyi

La Liqa klubunda baş məşqçi dəyişikliyi
18:05 7 Mart 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

"Malaga"da məşqçi dəyişikliyi reallaşıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Marselo Romeronu istefaya göndərən klub rəhbərliyi Miqel Miçellə razılığa gəlib. Qarşıdakı günlərdə Miçelin rəsmi təqdimatı keçiriləcək. Marselo Romeronun istefası "Malaga"nın qeyri-qənaətbəxş nəticələri ilə bağlıdır. O, 2016-cı il 28 dekabrda Xuande Ramosun əvəzinə baş məşqçi postuna gətirilmişdi. Romeronun rəhbərliyi altında 10 oyun keçirən komanda 7 məğlubiyyət almışdı. Miçelin son iş yeri isə "Olympiacos" olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR