Azərbaycan klubunda kütləvi zəhərlənmə: xəstəxanaya yerləşdirildilər - FOTO

Azərbaycan klubunda kütləvi zəhərlənmə: xəstəxanaya yerləşdirildilər -   FOTO
18:07 7 Mart 2017
117 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan birinci divizionunda mübarizə çıxış edən "Turan Tovuz" klubunun bir neçə futbolçusu zəhərlənib.


Fanat.Az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, qida zəhərlənməsindən Tovuz rayon təcili tibbi yardım şöbəsinə qəbul olunan futbolçuların bəziləri evə buraxılıb. 


Hazırda bir neçə futbolçunun müalicəsi Tovuz Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsində davam etdirilir.


Futbolçuların oyun saatına kimi tam sağalması sual altında olduğundan "Turan Tovuz" həm PFL, həm də "Səbail" klubundan oyunun vaxtının 2 gün sonraya yəni martın 17-nə dəyişdirilməsini xahiş etsə də, onların istəyi nəzərə alınmayıb.




Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycan-klubunda-kutlvi-zhrlnm-xstxanaya-yerldirildilr-t56763.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR