Ramiz Mirişlinin mahnılarından ibarət konsert

Ramiz Mirişlinin mahnılarından ibarət konsert
18:17 7 Mart 2017
Ölkə mətbuatı
A- A+

Aprelin 5-də Heydər Əliyev Sarayında görkəmli bəstəkar, xalq artisti Ramiz Mirişlinin mahnılarından ibarət konsert proqramı keçiriləcək.

Milli.Az bildirir ki, konsertdə respublikanın xalq artistləri Samir Cəfərov, Nazpəri Dostəliyeva, Bilal Əliyev, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Nəzakət Teymurova, əməkdar artistlər Emil Əfrasiyab, Zöhrə Abdullayeva, Mətanət İskəndərli, Cavanşir Məmmədov, Firuzə İbadova, Gülüstan Əliyeva, Bəyimxanım Vəliyeva, Lalə Məmmədova, Könül Kərimova, Manana, müğənnilər Səbinə Ərəbli, Nadir Qafarzadə, Kamilə Nəbiyeva, Elton Hüseynəliyev, Sevda Yəhyayeva, Zabitə Alıyeva və "Sevil" qrupu iştirak edəcəklər.

Gecədə bəstəkarın "Bir könül sındırmışam", "Dalğalar", "Sənsən", "Səni tapdı", "Oxu bülbül", "Səadət", "Əlvida", "Qızıl gülüm", "Bir xumar baxışla", "Yandım elə yandım", "Güləndam" və s. sevilən mahnıları səsləndiriləcək.

Biletlərin qiyməti 20-80 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/524159.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR