"Lester"in yeni baş məşqçisi müəyyənləşdi

"Lester"in yeni baş məşqçisi müəyyənləşdi
18:17 7 Mart 2017
92 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin "Lester" klubunun yeni baş məşqçisi müəyyənləşib. Fanat.Az xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.


Məlumatda bildirilir ki, son İngiltərə çempionu Kaudio Ranyerinin yerinə baş məşqçi vəzifəsini müvəqqəti icra edən Kreyq Şekspiri təyin edib. 2011-ci ildən komadada məşqçi kimi fəaliyyət göstərən 53 yaşlı mütəxəssis mövsümün sonunadək "Lester"i çalışdıracaq. Komanda onun rəhbərliyi altında meydana çıxdığı iki matçda "Liverpul" və "Hall Siti"ni 3:1 hesabı ilə məğlub edib.


Qeyd edək ki, Klaudio Ranyeri fevralın 24-də, "Lester"in Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda İspaniyanın "Sevilya" komandasına 1:2 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib. Komanda hazırda İngiltərə Premyer Liqasında 27 xalla 15-ci pillədə qərarlaşıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotlesterquotin-yeni-ba-mqcisi-muyynldi-t56764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR