Filmində Sabirin şeirini səsləndirən Mahsun ziyana düşdü - VİDEO

Filmində Sabirin şeirini səsləndirən Mahsun ziyana düşdü - VİDEO
18:18 7 Mart 2017
263 Şou
Ölkə mətbuatı
A- A+

Mahsun Kırmızıgülün rejissorluq etdiyi “Vəzir barmağı” filmi izləyicilər tərəfindən maraqla qarşılanmayıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanvar ayının sonundan etibarən kinoteatrlarda nümayiş olunan film kifayət qədər izləyici toplaya bilməyib. 14 milyon TL-yə (təxminən 7 milyon manat) başa gələn film nəinki qazanc əldə edə bilib, hətta xərclənən gəlir qarşılanmayıb. İddialara görə, Mahsun 7 milyon TL (təxminən 3, 5 milyon manat) ziyana düşüb.

Qeyd edək ki, baş rolda Gülben Ergenin də çəkildiyi filmdə Mahsun Azərbaycanın dahi şairi Mirzə Ələkbər Sabirin “Qorxmuram” şeirini səsləndirib.

Aytən

Mahsun Kırmızıgüldən qürurverici addım: Filmində Sabirin ŞEİRİ SƏSLƏNDİRİLDİ - VİDEO

Onu da qeyd edək ki, şeir türk dilinə çevrilib ifa olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/190522.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR