Füzuli rayonunun Qazaxlar kəndində 1 ədəd tank əleyhinə mina aşkarlanıb

Füzuli rayonunun Qazaxlar kəndində 1 ədəd tank əleyhinə mina aşkarlanıb
18:32 7 Mart 2017
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ Füzuli rayonunun Qazaxlar kəndində 1 otlaq sahəsinə baxış keçirilib, 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, 700 kv.m ərazi yoxlanılıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Füzuli rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında məlumatda bildirilir.
Ümumilikdə, agentlik bu il yanvarın 1-dən martın 7-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 2 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 135 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, drenaj kanalına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 974 ədəd partlamamış hərbi sursat, 67 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 954 734 kv.m ərazi (450 692 kv.m ərazi əl ilə, 231 000 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 160 042 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.



Xəbərin orijinal ünvanı: https://report.az/herbi/fuzuli-rayonunun-qazaxlar-kendinde-1-eded-tank-eleyhine-mina-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR