"O qız sevgiyə inancını itirdi" - Rəqsanənin qızı ayrılığı təsdiqlədi - FOTO

"O qız sevgiyə inancını itirdi" - Rəqsanənin qızı ayrılığı təsdiqlədi - FOTO
18:42 7 Mart 2017
368 Ölkə
Ölkə mətbuatı
A- A+

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun sevgilisindən ayrılması məsələsi yenidən gündəmə gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, gah küsüb, gah da barışan cütlük bu dəfə münasibətlərinə birdəfəlik son qoyub.

Hətta, Aysun sosial şəbəkədə Türkiyə vətəndaşı olan Ali Tanrıkulu ilə ayrıldığını təsdiq edən paylaşımlar edib.

Rəqsanənin dizayner qızı bir zamanlar xoşbəxt olduğunu, ancaq indi sevgiyə inanmadığını qeyd edib:

"Bir zaman çox xoşbəxt, qəlbi sevgi ilə, həyatla dolu, xəyallar quran bir qız vardı. Mən o qızı itirdim. O qız sevgiyə inancını itirdi. Bilirsiniz ən pisi nədir?

Kədərli bir sevgi yaşayınca qarşına çıxan həqiqi sevgiyə güvənmirsən. Sevgi 2 nəfərlik bir xəyaldır. Sevgin tək başına qalıbsa, ya eşqin, ya da xəyalın yalandır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/524117.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR