Dövlət və hökumət başçıları "Caspian Energy Forum-2017"nin iştiakçılarına videomüraciət göndəriblər

Dövlət və hökumət başçıları "Caspian Energy Forum-2017"nin iştiakçılarına videomüraciət göndəriblər
19:02 7 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ Bir neçə dövlət və hökumət başçısı IV Beynəlxalq "Caspian Energy Forum-2017"-nin iştirakçılarına video müraciət ünvanlayıb və “Caspian European Club”u (Caspian Business Club) 15 illik yubiley münasibətilə təbrik edib. 
“Report” xəbər verir ki, bu barədə “Caspian European Club”un (Caspian Business Club) və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
T.Əliyevin sözlərinə görə, onlardan bəziləri "Caspian Energy Forum-2017"nin işində iştirak etmək üçün özləri Azərbaycana gəlməyi və ya nümayəndələrini göndərməyi planlaşdırırlar.
O deyib ki, “Caspian Energy Forum-2017”də həmçinin avrokomissarlar, Azərbaycan, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurumlarının başçıları, Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, eləcə də nəhəng beynəlxalq şirkət rəhbərləri qatılacaqlar.
Ümumilikdə forumun işində 50 ölkədən olan 500 deleqat iştirak edəcək.
IV Beynəlxalq "Caspian Energy Forum-2017"nin sponsoru "R.İ.S.K." Elmi-İstehsalat Şirkəti, partnyorları “Asia Express & OCS, DSV”, “Azpetrol” ASC və "SİNAM"dır.
Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr olunacaq. İkinci sessiya Xəzər regionu dövlətlərinin neft-qaz və enerji sektorunun inkişafı, üçüncü sessiya isə qeyri-neft sektorunda (maliyyə, nəqliyyat, İKT, aqrosənaye və turizm) həyata keçirilən layihələr və onların dünya bazarlarında irəliləyişi mövzusunu əhatə edəcək.
“Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. “Caspian European Club”un sədri Azərbaycan Prezidenti İlham Əliyevdir.
Təsis olunduğu ilk gündən “Caspian European Club” neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 50 ölkədə fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/dovlet-ve-hokumet-bascilari-caspian-energy-forum-2017-nin-istiakcilarina-videomuraciet-gonderibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR