Xüsusi təyinatlı hərbi təhsil müəssisələrinə ərizə qəbulu başlayır

Xüsusi təyinatlı hərbi təhsil müəssisələrinə ərizə qəbulu başlayır
19:05 7 Mart 2017
345 Ölkə
Ölkə mətbuatı
A- A+

Xüsusi təyinatlı hərbi təhsil müəssisələrinə ərizə qəbulu başlayır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, aprelin 1-dən 2017-2018-ci tədris ili üçün xüsusi təyinatlı hərbi təhsil müəssisələrinə - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə, Hərbi Tibbi Məktəbinə və hərbi liseylərə ərizə qəbulu başlayır.

Qəbul iki mərhələdə aparılacaq. Birinci mərhələdə abituriyentlər həmin təhsil müəssisələrində təşkil olunan həkim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilən fənlərdən Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanını verməlidir.

Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən etibarən ərizə ilə müəssisə rəhbərinə müraciət etməlidirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/524165.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR