“Elektron hökumət” portalına müraciət edənlərin sayı artıb

“Elektron hökumət” portalına müraciət edənlərin sayı artıb
19:07 7 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycanda “Elektron hökumət” portalı üzərindən təqdim olunan e-xidmətlərin sayı 430 olub. Portalda 44 sahə üzrə elektron xidmət vətəndaşlar üçün açıqdır. 
Hesablama Mərkəzindən "Report"a verilən məlumata görə, portalda real vaxt rejimində dəyişən sayğac vasitəsi ilə elektron xidmətlərə müraciət sayını, daha çox istifadə edilən xidmətlərin statistikasını müəyyən etmək mümkündür.
Statistikaya görə, portala müraciət edənlərin sayı 40 mln.-u ötüb. 2016-cı ilin mart ayının 1-dən, 2017- ci ilin mart ayının 1-nə qədər portala müraciət edənlərin sayı 20 mln.-dan çox olub. Bu da portal istifadəyə verilən tarixdən bu günə qədər olan müraciət sayının təqribən 50%-ni təşkil edir. İl ərzində rəqəmlərin belə sürətlə dəyişməsi istifadəçilər tərəfindən portalın populyarlığının artmasına dəlalət edir.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/elektron-hokumet-portalina-muraciet-edenlerin-sayi-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR