Azərbaycan Mərakeşlə ticarət əlaqələrini genişləndirəcək

Azərbaycan Mərakeşlə ticarət əlaqələrini genişləndirəcək
19:32 7 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarx (Mohamed Adil Embarch) Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyanın (ASK) prezidenti Məmməd Musayevlə görüşündə Azərbaycan və Mərakeş arasındakı iqtisadi əlaqələr, özəl sektorun hazırkı vəziyyəti, investisiya imkanları, əməkdaşlığın genişləndirilməsi, şirkətlərin inkişaf perspektivləri və s. kimi məsələlər müzakirə edilib.
ASK-dan "Report"a bildirilib ki, görüşdə M.Musayev Konfederasiyasının həyata keçirdiyi layihələr, əməkdaşlıq etdiyi təşkilatlar haqqında məlumat verib: "İki ölkənin iş adamları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsini məqsədə müvafiq hesab edirəm. Ticarət əlaqələrinin inkişafı üçün böyük perspektevlər var. Mərakeş şirkətlərini birgə əməkdaşlıqda daha fəal olmağa dəvət edirəm. Birlikdə qonşu ölkələrin bazarlarına çıxmaq daha faydalı olacaq. İqtisadi əlaqələrin inkişafında Azərbaycan Sahibkarlar Konfederasiyası imkanlarını səfərbər etməyə hazırdır. Mərakeş vətəndaşlarını Azərbaycana həm investisiya yatırmağa, həm də turist gəzintisinə dəvət edib. Ölkəmizdə aqrar sahənin inkişafına xüsusi diqqət yetirildiyi üçün pambıq, tütün, fındıq və s. kimi kənd təsərrüfatı məhsullarının ixrac qabiliyyətli olduğu istisna etmirəm".
Mərakeşin Azərbaycandakı səfiri bildirib ki, iki xalq arasında müxtəlif ənənələr, mədəniyyət baxımından oxşarlıqların olması iki ölkə arasında qırılmaz əlaqələrin inkişafına əminlik yaradır. Mərakeşin dünyada ən geniş azad ticarət şəbəkəsinə malik ölkə olduğunu deyən səfir hər iki ölkə üçün ticarət və ikitərəfli investisiyalar baxımından inkişafı üçün yüksək poensial olduğunu da qeyd edib: "Ölkələrimiz arasındakı iqtisadi münasibətlərin inkişaf etdirilməsində maraqlıyıq. Mərakeşdə alternativ enerji sahəsinə böyük vəsait xərclənir, 2030-cu ilədək ölkənin 52%-ni alternativ enerji ilə təmin etməyi planlaşdırırıq. Ölkəmizin bu sahədə əldə etdiyi böyük təcrübəni Azərbaycanla paylaşmağa hazırıq. İş adamları arasında qarşılıqlı səfərlərin təşkili əməkdaşlığın inkişafına təkan verəcək. "Azərbaycan - 2020" və iqtisadiyyatın şaxələndirilməsi proqramları uğurlu addımdır. Gəlirlərin iqtisadiyyatın müxtəlif istiqamətlərinə yönəldilməsi gələcəkdə müsbət bəhrəsini verəcək".
Daha sonra Mərakeş şirkətləri ilə yerli sahibkarlar arasında əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinə dair razılğa gəlinib. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycan-merakesle-ticaret-elaqelerini-genislendirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR