Azərbaycanda futbolçular ZƏHƏRLƏNDİLƏR

Azərbaycanda futbolçular ZƏHƏRLƏNDİLƏR
20:12 7 Mart 2017
106 İdman
Ölkə mətbuatı
A- A+

I divizionun lideri "Turan Tovuz"un bir neçə futbolçusu zəhərlənib.

Milli.Az futbolxeber.az-a istinadən xəbər verir ki, qida zəhərlənməsindən Tovuz Rayon Təcili Tibbi Yardım Şöbəsinə qəbul olunan futbolçuların bəziləri evə buraxılıb.

Hazırda bir-neçə futbolçunun müalicəsi Tovuz Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsində davam etdirilir.

Futbolçuların oyun saatına kimi tam sağalması sual altında olduğundan "Turan Tovuz" həm PFL, həm də "Səbail" klubundan oyunun vaxtının 2 gün sonraya, yəni martın 17-nə dəyişdirilməsini xahiş etsə də, onların istəyi nəzərə alınmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524170.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR