Massimiliano Alleqri "Barselona"nı çalışdırmaq istəyir

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri "Barselona"da çalışmaqda maraqlıdır.

Metbuat.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, italyan çalışdırıcı öz xidmətini katalan klubuna təklif edib. Belə ki, Alleqrinin meneceri "Barselona"nın prezidenti Josep Bartomeu ilə əlaqə yaradaraq onu bu barədə məlumatlandırıb.

Məşqçi axtarışlarına başlayan "Barselona"nın idman direktoru Ariedo Brayda isə mətbuata açıqlamasında Alleqrini yaxşı tanıdıqlarını bildirib.

Qeyd edək ki, Luis Enrike mövsümün sonunda "Barselona"dan ayrılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR