97 yaşlı əkizlər eyni gündə öldülər

97 yaşlı əkizlər eyni gündə öldülər
20:27 7 Mart 2017
100 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da 97 yaşlı əkizlər eyni gündə faciəvi şəkildə ölüblər. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. 

97 yaşlı əkiz bacılar Ceyn Heyli və Marta Uilyams Rod-Aylend ştatında onlardan bir qədər aralıda yaşayan üçüncü bacıları ilə şam yeməyinə gediblər. Şam yeməyindən sonra qadın onlardan Heylinin evi qarşısında vidalaşaraq ayrılıb.  

Polisin məlumatına görə, Marta öz avtomobilinə tərəf gedərkən yıxılıb, Heyli ona yardım etmək istəyərkən büdrəyib. Hər iki yaşlı qadın küçədə soyuq havada yerdə yıxılmış vəziyyətdə qalıblar. Onları səhər qonşuları aşkar edib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/524137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR