Sabirabadda 22 yaşlı qadın bıçaqlanıb

Sabirabadda 22 yaşlı qadın bıçaqlanıb
20:27 7 Mart 2017
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabirabad. 7 mart. REPORT.AZ/ Sabirabadda bıçaqlanma hadisəsi baş verib. 
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Ətcələr kəndində qeydə alınıb. 
Belə ki, kənd sakini, 22 yaşlı Maral İmamverdi qızı Allahverdiyeva tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sabirabadda-22-yasli-qadin-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR