Məşhur futbolçunun qohumunu güllələdilər

Məşhur futbolçunun qohumunu güllələdilər
20:38 7 Mart 2017
105 İdman
Ölkə mətbuatı
A- A+

“Mançester Yunayted”in futbolçusu Markos Roxonun əmisi oğlu öldürülüb.

Publika.az xəbər verir ki, 17 yaşlı Roxo Argentinada qətlə yetirilib. Onunla birlikdə 26 yaşlı İvan Rodriqo Barbosa da öldürülüb.

Onların istefada olan polis zabiti tərəfindən qətlə yetirildiyi bildirilir. Öldürülən şəxslərin taksi sürücüsünü qarət etmək istədikləri deyilir.

Sabiq polis əməkdaşı olaya müdaxilə edib və özünümüdafiə məqsədiylə atəş açıb. Barbosa hadisə yerində ölüb, Roxo isə xəstəxanada dünyasını dəyişib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/190535.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR