Çinin valyuta ehtiyatları son 8 ayda ilk dəfə artıb

Çinin valyuta ehtiyatları son 8 ayda ilk dəfə artıb
20:42 7 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ Çinin valyuta ehtiyatları fevral ayında 7,1 mlrd. ABŞ dolları və ya 0,23% artaraq martın 1-nə 3 005,1 mlrd. dollar təşkil edib. 
"Report"un "Financial Times"a istinadən verdiyi xəbərə görə, Çinin valyuta ehtiyatları 2016-cı ilin iyun ayından etibarən ilk dəfə artım göstərib.
Analitiklər valyuta ehtiyatlarının 2 969 mlrd. dollara qədər geriləyəcəyini proqnozlaşdırmışdılar. 
Xatırladaq ki, bu il yanvar ayında Çinin valyuta ehtiyatları 12,3 mlrd. və ya 0,4% azalaraq 2 998 mlrd. dollara geriləyib. Bu, 2011-ci ilin fevral ayından sonra valyuta ehtiyatlarının ilk dəfə 3 trln. dollar səviyyəsindən aşağı düşməsinə səbəb olub. Çinin valyuta ehtiyatlarının maksimal həddi 2014-cü ilin avqustun 1-də 3,99 trln. dollar səviyyəsində olub.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/cinin-valyuta-ehtiyatlari-son-8-ayda-ilk-defe-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR