Axtarışda olan cinayətkar şkafın arxasından çıxdı

Axtarışda olan cinayətkar şkafın arxasından çıxdı
20:47 7 Mart 2017
110 Dünya
Ölkə mətbuatı
A- A+

Britaniya polisi Bradford şəhərində ən çox axtarılan cinayətkarı tapıb, axtarış zamanı o, şkafın arxasında gizlənibmiş. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə polis bölməsinin rəsmi Facebook səhifəsində məlumat yayılıb. 

Hüquq-mühafizəçiləri dörd ünvan üzrə axtarış aparıb və yalnız sonuncu reyd uğurla başa çatıb.
"Kişi dördüncü ünvanda tapılıb, o, şkafın arxasında gizlənibmiş. O saxlanılıb və Böyük Britaniyaya deportasiya ediləcək", - məlumatda deyilir. 

Polislər qeyd ediblər ki, saxlanılan şəxs Böyük Britaniyada ən çox axtarılan cinayətkarlardandır. Onu Slovakiyada seksual zəmində törədilmiş ciddi cinayətlərdə ittiham edirlər. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/524127.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR