Çinin valyuta ehtiyatları artdı

Çinin valyuta ehtiyatları artdı
21:13 7 Mart 2017
180 Dünya
Ölkə mətbuatı
A- A+

Çinin valyuta ehtiyatları fevral ayında 7,1 mlrd. ABŞ dolları və ya 0,23% artaraq martın 1-nə 3 005,1 mlrd. dollar təşkil edib.

"Report"un "Financial Times"a istinadən verdiyi xəbərə görə, Çinin valyuta ehtiyatları 2016-cı ilin iyun ayından etibarən ilk dəfə artım göstərib.

Analitiklər valyuta ehtiyatlarının 2 969 mlrd. dollara qədər geriləyəcəyini proqnozlaşdırmışdılar.

Xatırladaq ki, bu il yanvar ayında Çinin valyuta ehtiyatları 12,3 mlrd. və ya 0,4% azalaraq 2 998 mlrd. dollara geriləyib. Bu, 2011-ci ilin fevral ayından sonra valyuta ehtiyatlarının ilk dəfə 3 trln. dollar səviyyəsindən aşağı düşməsinə səbəb olub. Çinin valyuta ehtiyatlarının maksimal həddi 2014-cü ilin avqustun 1-də 3,99 trln. dollar səviyyəsində olub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190538.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR