Bədəndə qaşınma niyə olur?

Bədəndə qaşınma niyə olur?
21:17 7 Mart 2017
449 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaşınma tibb dilindəki adı ilə pruritus dəridə olan sinir uclarının oyanması ilə meydana gəlir. Bu sinir uclarının oyanması ilə insanda dəridə qaşınma hissi meydana gəlir. Qaşınmanın meydana gəlməsinə birdən çox faktor səbəb ola bilər. Qaşımağa müxtəlif xəstəliklər ilə yanaşı, böcək dişləməsi kimi səbəblər də ola bilər. Bəzi şəxslərdə allergik reaksiyalar səbəbi ilə də qaşınma yarana bilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bədənin müxtəlif bölgələrində əmələ gələn qaşınmalar xroniki hala çevrilə bilər. Xroniki hala çevrilmiş qaşınmalar çox dözülməz ola bilər. Xüsusilə ekzema narahatlığı olan şəxslərdə qaşınma problemi olduqca ağır bir səviyyəyə çata bilər.
Qaşınmaya səbəb olan narahatlıqlar arasında: allergik reaksiyalar, göbələk xəstəlikləri, böcək dişləməsi, bağırsaq parazitləri, dəri xəstəlikləri və ya immun sistemində meydana gələn mənfi təsirlərdir.
 
Xroniki hala çevrilmiş qaşınmaların müalicəsi üçün mütləq bir həkimə müraciət edilməlidir.
Qaşınmalara evdə həll tapa biləcəyiniz üsullar arasında isə soyuq su ilə qaşınan bölgəyə kompres tətbiq etmək, dərini nəmləndirmək, allergiyanızın olduğu ətir, geyim və yeməklərdən uzaq dayanmaq və ya qaşınmaya qarşı aptekdən təmin edə biləcəyiniz qaşınma əleyhinə kremləri ilə problemi azaltmaq mümkündür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/523401.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR