«Turan»-ın iki oyunçusu xəstəxanaya düşdü

«Turan»-ın iki oyunçusu xəstəxanaya düşdü
21:24 7 Mart 2017
81 Digər
Ölkə mətbuatı
A- A+

Tovuzda fəaliyyət göstərən «Turan» futbol klubunun oyunçusu zəhərlənib. APA-nın qərb bürosunun məlumatına görə, klubun futbolçusu Bakı sakini, 1996-cı il təvəllüdlü Mirkamil Haşımlı komandanın məşq bazasında özünü pis hiss edərək,  zəhərlənmə əlaməti ilə Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. M. Haşımlı qida qəbul etdikdən sonra özünü pis hiss etdiyini deyib. 

 

 

 

Klubun başqa bir futbolçusu, rayonun Əlimərdanlı kənd sakini 1996-cı il təvəllüdlü Tağıyev Eltay səhhətinin pisləşdiyinə görə xəstəxanaya müraciət edib. Qızdırması olduğu bildirilən futbolçuya tibbi yardım göstərilib.    


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269333

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR