Yağış Cəlilabadda təsərrüfatlara ziyan vurub

Yağış Cəlilabadda təsərrüfatlara ziyan vurub
21:27 7 Mart 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər düşən intensiv yağıntılar Cəlilabadda bir sıra təsərrüfatlara ziyan vurub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, rayonun Ocaqlı kəndində həyətlərə toplanan qar suları artıq gölməçələrə çevrilib. Bəzi yerlərdə dərinliyi bir metrə çatan suyun evlərə dolma təhlükəsi də var.
Əksər yerlərdə həyətyani sahələrin suyun altında qalması əkinlərin məhv olmasına gətirib çıxarıb. Kənd sakinlərinin sözlərinə görə, nisbətən çökək yerlərdə olan həyatyani sahələrdə suyun səviyyəsinin hər gün daha da qalxması yolları da suyun altında qoyur. Bu da ki, sakinlərin hərkətini çətinləşdirir.
Bəzi yerlərdə sular ev quşlarının tələf olmasına səbəb olub. Suyun ərazidən təmizlənməsi üçün müvafiq qurumlara müraciətlər olunub. Rayon fövqəladə hallar komissiyasının üzvləri yerlərə baxış keçirib. Yaxın günlərdə bu istiqamətdə işlərə başlanacağı bildirlib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/524181.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR