İlk dəfə saz qəlibində gitara hazırlandı

İlk dəfə saz qəlibində gitara hazırlandı
21:27 7 Mart 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda ilk dəfə saz qəlibində gitara hazırlanıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, gənc sazbənd Niyaməddin Xuduzadənin hazırladığı aləti əldə tutmaq daha rahatdır.
Bu alətdə həm saz səsinin şirinliyini duymaq olur, həm də gitara.
Saz və gitaranın eyni alətdə cəmləşməsini sazbənd Niyaməddin Xuduzadə bacarıb. Alətin bir hissəsi saz, digər hissəsi isə gitara formasındadır.
Alətdə həm ayrılıqda saz və gitaranın səsini hiss etmək olur, həm də hər ikisi alətin səslərinin qarışığını.
Gitara ifaçıları deyir ki, bu alət əldə tutmaq üçün daha rahatdır.
Niyaməddin deyir ki, sazın üzərində müxtəlif simli alətlərin qarışığını hazırlamaq niyyətindədir.
Gənc sazbənd deyir ki, nümunə olaraq hazırladığı bu alətə maraq yaranacağına əmindir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/524180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR