2017-nin ən çox satılan 5 “Liderlik” kitabı – Siyahı

2017-nin ən çox satılan 5 “Liderlik” kitabı – Siyahı
21:42 7 Mart 2017
Ölkə mətbuatı
A- A+

Biznes idarəçiliyi və liderlik üslubları ilə bağlı kitablar bir çoxlarının marağındadır. Əksər iş adamları, xüsusilə, yeni başlayanlar buradakı prinsipləri öz bizneslərinə tətbiq edirlər.  Bəs bu "kitab" biznesində ən uğurlu nəticə əldə edən kitablar hansılardır? Milyonlarla kitab satmaq özü də bir marketinq qələbəsi hesab edilə bilərmi?

Milli.Az bbn.az-a istinadən 2017-ci ildə ən çox satılan 5 liderlik kitabının sıralamasını təqdim edir:

5. StrengthsFinder 2.0

Hər hansı bir proqram təminatına bənzər bir ad daşıyan "StrengthsFinder 2.0″ Tom Rath tərəfindən qələmə alınıb. Bu kitab Sizin güclü tərəflərinizi necə aşkarlayacağınız və onu real həyata necə tətbiq edəcəyiniz haqqında məlumatları özündə əks etdirir.

4. "Trump: The Art of the Deal"

ABŞ-ın 45-ci prezidenti Donald Trump özünün müzakirə bacarıqları və liderlik xüsusiyyətlərinə görə tanınır və öz kitabında da bu bacarıqlara yiyələnməyin necə mümkün olduğunu əks etdirib. Donald Trump və Tony Schwartz-ın qələmə aldığı "TRUMP The Art of The Deal" (TRUMP Razılaşma Sənəti) ilk çapından 30 il keçməsinə baxmayaraq, hələ də ən çox satılanlar sırasındadır.

3) "Tools of Titans: The Tactics, Routines, and Habits of Billionaires, Icons, and World-Class Performers"

Timothy Ferriss tərəfindən qələmə alınan "Titanların Alətləri: Milyarderlərin, İkonların və Dünya Şöhrətli Sənətçilərin taktikları,  rutinləri və vərdişləri" kitabında 200-ə yaxın iş adamı, atlet və sənətçi ilə etdiyi müsahibələrin nəticəsini ümiləşdirərək, lazımi məqamları qabartmışdır.

2) "Manage Your Day-to-Day: Build Your Routine, Find Your Focus, and Sharpen Your Creative Mind"

Sıralamnın ikinci yerində Jocelyn K. Glei-nin müəllifi olduğu "Gününü İdarə et: Gündəliyini müəyyənləşdir, Fokusunu tap və Kreativ zehnini itiləşdir" kitabıdır. Bu kitab vasitəsilə 20 liderin tövsiyələri əsasında öz iş gününüzü necə qurmalı olduğunuzu və digər üsulları müəyyənləşdirə bilərsiniz.

1) "The ONE Thing: The Surprisingly Simple Truth Behind Extraordinary Results"

Çox işi bir yerdə etmək çox səmərəli görünə bilər. Amma Gary Keller və Jay Papasan bu fikirlə razı deyillər.  Onların fikrincə bir işə fokuslanmaq həmişə daha məhsuldar olur və həyatınızda möcüzələr yaradır. Onların qələmə aldığı bu kitab müxtəlif agentliklər tərəfindən tərtib edilən 350-dən çox "best -seller" siyahısının ilk sırasında yerləşir.  Başqa sözlə, oxumağa dəyər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/524188.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR