"Transfer çalışmalarına başlamışıq" - Qvardiola

"Transfer çalışmalarına başlamışıq" -   Qvardiola
22:07 7 Mart 2017
136 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola transfer çalışmaları ilə bağlı danışıb. Fanat.Az xəbər verir ki, ispan mütəxəssis klubun rəsmi saytına açıqlamasında yayda heyətlərinə gələcək vəd edən oyunçular qatacaqlarını bildirib.


Qvardiola artıq transfer çalışmalarına başladıqlarını deyib: "Uzun vədəli transferlər düşünürük. Leroy Sane, Raheem Sterlinq və Qabriel Xesus məhz bu səbəbdən heyətdədi. Hamısı 20 yaşını yeni keçmiş futbolçulardı".


Qeyd edək ki, Qvardiola "Mançester Siti"yə gəldikdən sonra Con Stones, Klaudio Bravo, Leroy Sane, İlkay Gündoğan, Nolito və Qabriel Xesusu transfer edib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quottransfer-calmalarna-balamqquot-t56769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR