Qulaq tıxanıqlığına qarşı nə etmək olar?

Qulaq tıxanıqlığına qarşı nə etmək olar?
22:17 7 Mart 2017
143 Ölkə
Ölkə mətbuatı
A- A+

Zeytunyağı: Qulaq tıxanıqlığı üçün zeytunyağını istifadə edə bilərsiniz. Zeytun yağı, qulağın yumşalmasına kömək edir. Belə ki, qulağa bir neçə damcı zeytunyağı tökün. Qulaq tıxanıqlığının yumşalması üçün 10 dəqiqə gözləyin.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, sonra qulağı təmizləyin, lakin bunu yavaş edin, beləcə həssas orqana zərər verməyin.

İsti kompres: İsti kompres, soyuqdəymə ilə bağlı tıxanıq qulaqları çox yaxşı müalicə edir. İsti kompresdən gələn istilik tıxanıqlığı yüngülləşdirir, qulağın açılmasına və ağrıların azalmasına köməkçi olur. Bir parçanı ilıq suya batırın, sonra suyu sıxın və təsirlənən qulaqda 5-10 dəqiqə saxlayın. Bu ağrını azaltmaq üçün kömək edəcək.

Hidrogen peroksid: qulaq tutulmasına qarşı mükəmməl bir həldir. Bunun üçün 3%-li hidrogen peroksid istifadə edə bilərsiniz. Tıxanma olan qulağınıza 2 damcı tökün. Bir müddət qulağınızda qaynama olacaq. Başınızı bir yana doğru əyərək mayeni boşaltmadan əvvəl bir neçə dəqiqə gözləyin.
 
Buxar: qulaq tutulmalarına səbəb olan soyuqdəymə və ya sinus müalicəsində inanılmaz bir üsuldur. Böyük bir kasada isti su hazırlayın. Bir neçə damla çayağacı yağı əlavə edin. Çayağacı yağı yoxdursa, bənzər hər hansı bir məlhəm istifadə edə bilərsiniz. Başınızı örtün və buxara nəfəs alın. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/523402.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR