"Arsenal" "Bavariya", "Napoli" "Real"a qarşı - YENİLƏNİR

"Arsenal" "Bavariya", "Napoli" "Real"a qarşı - YENİLƏNİR
22:37 7 Mart 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinə start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, diqqətlər London və Neapola yönələcək.

İlk matçda "Arsenal"a 5:1 hesabı ilə qalib gələn "Bavariya" növbəti mərhələnin qapısını aralayıb. Arsen Vengerin komandasının Almaniya nəhənginə 4 cavabsız qol vuracağı inandırıcı görünmür. "Bavariya" hazırda əla formadadı. Bundesliqada ilk pillədə qərarlaşan Münhen təmsilçisi son 3 oyunda qapısından top buraxmadan böyükhesablı qələbələr qazanıb. Karlo Ançelottinin komandası "Hamburq" (8:0), və "Şalke"nin (3:0) ardınca ötən həftə səfərdə "Köln"ə asanlıqla qalib gəlib (3:0). "Arsenal" isə şənbə günü Premyer Liqada ciddi sınaqdan üzüağ çıxa bilməyərək, "Liverpul"a uduzub - 1:3.

Günün digər matçında "Napoli" "Real"ı qəbul edəcək. Neapollular Madriddə keçirilən ilk oyunda hesabı açan tərəf olsa da, "Real" sonradan 3 qol vuraraq, sərfəli nəticə əldə etmişdi. Çempionlar Liqasının son qalibi ilə bugünkü görüşdə "Napoli" 2 cavabsız qol vuracağı təqdirdə, mərhələ adlayacaq. Lakin  İtaliya təmsilçisi ötən həftəsonu çox güc sərf edib. Səfərdə "Roma" ilə qarşılaşan "Napoli" vacib qələbə (2:1) qazanaraq, "canavarlar"la aradakı xal fərqini 2-yə endirib. Bu qalibiyyət "Real"la oyunöncəsi "Napoli"də ruh yüksəkliyi yarada bilər. Amma madridlilər də əldə etdikləri üstünlükdən maksimum yararlanmaq fikrindədilər.

UEFA Çempionlar Liqası

1/8 final mərhələsinin cavab oyunları

7 mart

23:45. "Arsenal" (İngiltərə) - "Bavariya" (Almaniya)

Baş hakim: Tasos Sidiropulos (Yunanıstan)

İlk oyun - 1:5

23:45. "Napoli" (İtaliya) - "Real" (Madrid, İspaniya)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

İlk oyun - 1:3

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR