Müqəddəs ziyarətgahlarda edilən duaların daha tez qəbul olması mümkündürmü?

Müqəddəs ziyarətgahlarda edilən duaların daha tez qəbul olması mümkündürmü?
22:42 7 Mart 2017
367 Ölkə
Ölkə mətbuatı
A- A+

Allah hər şeyi eşidib-görən və biləndir. Onun elmi sərhəd tanımaz. Allah hər yerdə edilən duaları eşidər.

Milli.Az islam.az-s istinadən bildirir ki, lakin duanın müstəcab olması, yəni qəbul edilməsi və həyata keçməsi üçün mübarək məkanlarda və mübarək zamanlarda edilməsi də müsbət rol oynaya bilər. İslam ənənəsindən məlumdur ki, müsəlmanlar müqəddəs məkanları ziyarət edərkən dualar etməyə və istəklərini məhz həmin məkanlarda dilə gətirməyə üstünlük vermişlər. Hətta bəzi hədislərdən məlum olur ki, insan öz valideyninin məzarının yanında dua edərsə, qəbul olma ehtimalı çox olar. Əlbəttə, bu heç də o demək deyil ki, ziyarətgahda edilməyən dua qəbula çatmaz və yaxud ziyarətgahda edilən bütün dualar qəbul olar. Duanın qəbul olmasının əsas şərti onu edənin mənəvi halı, əqidəsi və əxlaqı ilə bağlıdır.

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/523414.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR