Behişt əhli olmaq üçün hansı nöqtələrə diqqət etmək lazımdır?

Behişt əhli olmaq üçün hansı nöqtələrə diqqət etmək lazımdır?
22:47 7 Mart 2017
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər kim namaz və orucunu və başqa ibadətlərini məhz Allah üçün yerinə yetirərsə, behişt əhli olması üçün zəmanət olar. Behiştə getmək insandan səy etməsini tələb edir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bəs behiştə getmək üçün biz nə etməliyik?
1. İman və saleh əməl. O kəs ki, iman yolunu getməyib və saleh əməl yerinə yetirmir, behişt yoluna qədəm basa bilməz. "İman gətirib yaxşı işlər görən şəxslərə müjdə ver ki, onlar üçün (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlər (və ya bağlar) vardır". ("Bəqərə" 25).
2. Təqva. İnsana behişt müjdəsi verən bilən sifətlərdən biri də təqvadır. "Təqvalılar üçün Rəbbi yanında (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlər vardır ki, orada əbədidirlər". ("Ali-imran" 15).
3. Allaha və Rəsuluna (s) itaət etmək. "Kim Allaha və Onun peyğəmbərinə itaətsizlik etsə və Onun (müəyyənləşdirdiyi) sərhədlərini aşsa (Onun hökmlərinə qarşı çıxsa), (Allah) onu həmişəlik qalacağı oda daxil edəcək və onun üçün alçaldıcı bir əzab vardır". ("Nisa" 14).
"Kim Allaha və Onun Peyğəmbərinə itaət etsə, (Allah) onu (ev və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edər". ("Fəth" 17).
4. Düz danışmaq. Hər kim düz danışar, behişt yolunu özü üçün hamar etmiş olar. "Allah buyurar: "Bu doğruçulara (əqidə, danışıq və əməldəki) düzlüklərinin fayda verdiyi bir gündür. Onlar üçün (ev və ağaclarının) altından çaylar axan cənnətlər vardır, orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Budur böyük uğur!"". ("Maidə" 119).
 
5. Allah yolunda infaq etmək. "(Təqvalılar) həmin o kəslər(dirlər) ki, mallarını rifah və şadlıqda, mallarında və hallarında (maddi və mənəvi) yoxsulluqda xərcləyirlər, qəzəblərini udan və camaat(ın xətaların)dan keçənlərdirlər. Allah yaxşılıq edənləri sevir. Onların mükafatları öz Rəbbi tərəfindən bağışlanmaq və (ev və ağaclarının) altından çaylar axan cənnətlərdir. Orada əbədi qalacaqlar". ("Ali-İmran" 134-136).
Allah Təala bizləri behişt əhlindən qərar versin, inşəallah!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/523405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR