Camaat namazında pişnamaz bilməyərəkdən...

Camaat namazında pişnamaz bilməyərəkdən...
22:52 7 Mart 2017
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Camaat namazında pişnamaz bilməyərəkdən bir rükət artıq namaz qılıb. Ona iqtida edən adam namazın içində bunu bilsə, nə etməlidir?

Milli.Az islam.az-a istinadən bildirir ki, əvvəla, bunu qeyd edək ki, namazın rükətlərinin sayını bilərəkdən və ya bilməyərkdən artırıb-əskiltmək namazı batil edər. Əgər insan məsələn 4 rükətlik namazın dördüncü rükətini qıldıqdan sonra unutqanlıq üzündən və ya fikirli olduğu üçün 5-ci rükətə qalxsa və beşinci rükətin rükusunu yerinə yetirsə, namazı batildir. Ona görə də, camaat namazında imam-camaat rükətlərin sayını artırıbsa, həm özünün, həm də ona iqtida edənlərin namazı batildir (Burada diqqət yetirmək lazımdır ki, artıq qılınan rükətin rüknü yerinə yetirilibmi. Əgər rükn yerinə yetirilibsə, namaz batildir, rükn yerinə yetirilməyibsə səhv səcdəsi qılmaqla namaz səhih olar). Əgər iqtida edən şəxs imamın rükətləri artırdığını görsə, namazı pozmayan yollarla ona işarə verməlidir. Məsələn, əgər imamın 4-cü rükətdən sonra 5-ci rükət üçün ayağa qalxmaq istədiyini görsə, ucadan "əlhəmdü lillah" deməklə ona başa sala bilər ki, təşəhhüd və salam oxumaq lazımdır. Əgər imam onu eşitməsə və ya işarəni başa düşməsə və işinə davam etsə, iqtida edən şəxs öz vəsifəsinə əməl etməlidir, yəni təşəhhüdü və salamı söyləyib namazı bitirməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/523418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR