Tramp Ağ Evə gələn ekskursiyaçıların gözlənilmədən qarşısına çıxıb

Tramp Ağ Evə gələn ekskursiyaçıların gözlənilmədən qarşısına çıxıb
22:57 7 Mart 2017
83 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Ağ Evə gələn bir qrup ekskursiyaçının gözlənilmədən qarşısına çıxıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazıb.
Məlumata görə, ekskursiya qrupu Ağ Evin görməli yerlərini gəzirmiş ki, bu zaman, gözlənilmədən onların qarşısına Amerika prezidenti çıxıb. Tramp əl hərəkətləri ilə insanlara yaxın gəlməyi işarə edib və onlarla ünsiyyətə girib.
Bu, Donald Trampın idarəçiliyi dövründə Ağ Ev üzrə ilk ekskursiyadır. Ekskursiya təqribən 45 dəqiqə çəkir və onun iştirakçıları binanın istənilən yerini ziyarət edə bilərlər.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-ag-eve-gelen-ekskursiyacilarin-gozlenilmeden-qarsisina-cixib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR