Yumşaq döşəyin osteoxondroza səbəb olduğunu bilirdinizmi?

Yumşaq döşəyin osteoxondroza səbəb olduğunu bilirdinizmi?
22:57 7 Mart 2017
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Onurğa sütununda baş verən ağrılardan son zamanda demək olar ki, insanların əksəriyyəti şikayət edir. Bunun baş vermə səbəbləri isə müxtəlifdir. Amma onurğada ağrıların baş verməsinin əsas səbəb kimi ostexondroz birinci yerdə durur. Osteoxondroz onurğanın diskləri arasında olan qığırdaq toxumanın elastikliyini və keyfiyyətini itirməsi səbəbindən baş verir. Bu ən çox onurğa sütununun müxtəlif səbəblər üzündən düzgün duruşa malik olamasında irəli gəlir. Onurğanın əyri duruşuna müxtəlif xəstəliklər səbəb ola bilir (skoliaz, travmalaar və s.).
Milli.Az immunitet.az-a istinadən bildirir ki, onurğanın əyri durmasının səbəblərindən biri də yumşaq döşəklərdir. Yundan hazırlanmış yumşaq və hündür döşəklər onurğanın əyilməsinin əsas səbələrindən biri sayılır. Belə döşəklərdə yatarkən insan düz duruşa sahib ola bilmir və bir müddət sonra onurğanın disklərində sürüşmələr meydana çıxır. Bu səbədən də ortapedlər insanlara amortizasiyaya sahib olan bərk və düz yataqda yatmağı məsləhət bilir.
Osteoxondroza səbəb olan amillərdən biri də uzun müddət çiyində ağır çanta daşımaqdır. Onurğaya fiziki yükün təsir etməsi onurğada fəqərələrin əyilməsinə və disklərarası qığırdaq toxumanın keyfiyyətinin və davamlılığının azalmasına səbəb olur. Bu zaman da osteoxondroz inkişaf etməyə başlayr.
Ostexondroz onurğada ağrılara və sinirin sıxılmasına səbəb olur. Onurğalararası sinirin sıxılması sinirin qidalandırdığı nahiyənin də yetərincə qidalanmamasına səbəb olur. Xəstəliyin müalicəsi vaxtında olunmadıqda isə aşağıdakı patologiyalar meydana çıxır:
* protruziya
* diskin yırtığı
* kifoz
* radikulit.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/523421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR