Çirkli hava hər il 600 mindən çox uşağı öldürür

Çirkli hava hər il 600 mindən çox uşağı öldürür
22:57 7 Mart 2017
94 Dünya
Ölkə mətbuatı
A- A+

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Marqaret Çan havanın çirklənməsini insanların sağlamlığı üçün "ən təhlükəli təhdidlərdən biri" adlandırıb. O, hətta çirkli havanın QİÇS və Ebola viruslarından daha dəhşətli olduğunu söyləyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, çirklənmiş havanın uşaqlar və gənclərə təsiri daha çoxdur. Çirkli hava səbəbindən uşaqlar pnevmaniya (ağciyər iltihabı) və digər tənəffüs xəstəliklərindən əziyyət çəkirlər. Hər il beş yaşa qədər 600 mindən çox uşaq ağciyər iltihabından dünyasını dəyişir. Dünyada yalnız hər 10 insandan biri ÜST-ün standartlarına cavab verən, keyfiyyətli hava olan ərazilərdə yaşayır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/524204.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR