"2020-ci ildən sonra neft bazarı kəsirlə üzləşə bilər" - PROQNOZ

"2020-ci ildən sonra neft bazarı kəsirlə üzləşə bilər" - PROQNOZ
23:06 7 Mart 2017
Ölkə mətbuatı
A- A+

"Yeni layihələr həyata keçirilməsə, 2020-ci ildən sonra neft bazarı kəsirlə üzləşə bilər".

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Beynəlxalq Energetika Agentliyinin (İEA) yenilənmiş 5 illik proqnoz hesabatında məlumat verilib. Hesabata görə, yaxın 3 ildə neft hamıya çatacaq. Belə ki, yaxın illərdə ABŞ, Kanada və Braziliyada hasilatın artması gözlənilir. 2015-2016-cı illərdə neft quyularının kəşfiyyatı daxil olmaqla sektora investisiya qoyuluşunun kəskin azalması tendensiyasının bu il də davam etməsi proqnozlaşdırılır.
İEA-nın hesabatına görə, 2019-cu ildə neftə tələbin 100 mln. barel/günü ötməsi, 2022-ci ilə qədər isə 104 mln. barel/günə çatması ehtimal edilir. Tələb əsasən inkişaf etməkdə olan ölkələrdən olacaq və qlobal neft istehlakının 70 faizi Asiya bölgəsinin payına düşəcək.
İEA-nın rəhbəri Fatih Birol bildirib ki, biz ABŞ-da hasilatın artması dalğasının ikinci mərhələsinə daxil olmuşuq: "Bunun nə qədər davam edəcəyi qiymətlərdən asılı olacaq. Əgər neftin qiyməti 80 dollar/barelə çatsa, ABŞ-da gündəlik neft hasilatı 3 mln. barel arta bilər. Əgər qiymətlər 50 dollar/bareldə qalsa ABŞ-da 2020-ci ildən sonra hasilat azalmağa başlayacaq."

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/524208.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR