Sabahkı futbol matçının bileti 17 min dollara satılır

Sabahkı futbol matçının bileti 17 min dollara satılır
23:22 7 Mart 2017
150 Maraqlı
Ölkə mətbuatı
A- A+

Sabah Rusiyanın Rostov şəhərində Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində yerli "Rostov" klubu İngiltərənin məşhur "Mançester Yunayted" klubunu qəbul edəcək.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu oyunun biletləri uzun müddətdir ki, satılıb qurtarıb. Hazırda onları yalnız "qara bazar"da əldə etmək mümkündür. Qiymətlər isə fantastik həddə çatıb.

Belə ki, avito.ru alqı-satqı saytında yerləşdirilmiş bir elanda "Rostov"-MU oyununun bir bileti 1 milyon rubla (təxminən 17 min dollara) satışa çıxarılıb. Həmin saytda stadionun tribunalarının o qədər də yaxşı sayılmayan sektoruna biletin qiyməti 20 min rubldur (340 dollar). Bu, hazırda mövcud olan ən ucuz qiymətdir.

Maraqlıdır ki, 17 min dollardan qat-qat aşağı xərc çəkməklə cavab oyununu canlı izləmək üçün Mançesterə təyyarə ilə 1 həftəlik səfər etmək mümkündür.

Matç sabah Bakı vaxtı ilə saat 22:00-da başlayacaq və televiziya ilə canlı yayımlanacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/524210.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR