Hər dəri tipinə faydalı BAL MASKALARI

Hər dəri tipinə faydalı BAL MASKALARI
23:37 7 Mart 2017
277 Ölkə
Ölkə mətbuatı
A- A+

Dərinizi tanımadan hər eşitdiyinizi üzünüzə sürtmək faydalı deyil, əksinə zərərlidir. Dəri tipini bilmədən nəmləndirmək üçün də dərinizə heç nə sürtməyin. Ancaq hər dəri tipinin istifadə edə biləcəyi yeganə vasitə baldır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, keçmiş zamanlardan bu yana kəsik, yanıq kimi yaraların sağalmasında istifadə edilən bal, eyni zamanda, antibakterial xüsusiyyətlərə malikdir və antiseptik olaraq istifadə edilir. Balın geniş istifadəsinin səbəbi dərini çox nəmləndirməsi, iltihabın qarşısını alması və özəlliklə B vitaminləri baxımından zəngin olması ilə bağlıdır.
 
Balda olan vitaminlər və dəriyə faydaları
 
B1 vitamini: Dərinin ümumi görünüşünü dəyişdirir.
 
B2 vitamini: Dərini sərbəst radikallara qarşı qoruyur.
 
B6 vitamini: Yeni dəri hüceyrələrinin formalaşması üçün lazımlı bir vitamindir, eyni zamanda dərini nəmləndirir və xarici amillərə qarşı qoruyur.
 
B3 vitamini: İltihabın qarşısını alır. Sızanaq və digər dəri iltihablarının sağalmasının qarşısını alır. Dərini yaxşı nəmləndirir.
 
C vitamini: Dəri quruluğu və quruluqla bağlı olan qaşıntı, qızartı və qabıqlama problemlərinin qarşısını alır. Antioksidant tərkiblidir və dərini günəşin zərərli ultrabənövşəyi şüalarından qoruyur.
 
Sink: yaşlanmanın dəri üzərindəki təsirlərini gecikdirir.
 
Yağlı dərilər üçün bal və kök maskası
 
Artıq yağ tozun dəri səthində yığılmasına, məsamələrin tıxanmasına və dərinin çox parıldamasına yol açır. Yağ balansını qorumaq üçün bu maskanı həftədə bir dəfə edin.
 
1 böyük qaynamış kök
1 yemək qaşığı bal
 
Kökü əzdikdən sonra balı qarışdırın və soyuması üçün 10 dəqiqə soyuducuda saxlayın. Daha sonra üzünüzə çəkin. 15 dəqiqə gözlədikdən sonra ilıq su ilə durulayın.
 
Quru və qabıqlayan dərilər üçün bal maskası
 
1 yumurta
1 yemək qaşığı bal
 
Yumurta və balı bir kasaya əlavə edin. Qarışdırın. Qarışımı üzünüzə çəkib 20 dəqiqə gözləyin. Yumurta quruyanda ilıq su ilə yuyun.
 
Həssas dərilər üçün bal maskası
 
Yarım banan
1 yumurta
1 yemək qaşığı bal
1 yemək qaşığı yulaf
 
Yulafı, bananı əzib şüşə qaba əlavə edin. Yumurtanı, balı da qatıb, barmaq ucları ilə bu maskanı bütün üzünüzə və boynunuza sürtün. 15 dəqiqə sonra ilıq su ilə durulayın.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/524103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR