Venger “Arsenal”ı tərk edir

Venger “Arsenal”ı tərk edir
23:52 7 Mart 2017
104 İdman
Ölkə mətbuatı
A- A+

Londonun "Arsenal" klubunun baş məşqçisi Arsen Venger 2016/2017 mövsümündən sonra öz postunu tərk etmək qərarına gəlib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə İtaliyanın snai.it saytı yazır.

Mənbənin məlumatına görə, fransız mütəxəssisin klubla müqaviləsi 2017-ci ilin yayında başa çatır.

Qeyd edilir ki, "Arsenal" Vengerə iki illik yeni müqavilə təklif edib. Lakin baş məşqçi yeni müqavilədən imtina edib. Venger qərarını futbolçulara açıqlayıb.

67 yaşlı fransız London klubuna 1996-cı ildən rəhbərlik edir. 21 il ərzində o, üç dəfə İngiltərə çempionu olub və altı dəfə İngiltərə kuboku və superkubokuna sahib çıxıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/524218.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR