Ermənistan ordusu tərəfindən dağıdılan evlər yenidən tikilir -

Ermənistan ordusu tərəfindən dağıdılan yaşayış məntəqələrində tikinti işlərinə başlanılıb.

Xezerxeber.az məlumat verir ki, Tərtər rayonunun cəbhə bölgəsində yerləşən bir neçə kəndində fərdi evlər tikilir.

Aprel döyüşləri zamanı bir çox evlər dağılmış, yaxud qəzalı vəziyyətə düşmüşdü. Bu səbəbdən də Qacqınların və Məcburi Köckünlərin İşləri üzrə Dövlər Komitəsi tərəfindən cəbhə kəndlərində yeni evlərin tikintisi aparılır.

Yeni tikilən evlərdə mənzillərin sayı ailə tərkibinə görə dəyişir. Evlər 1-4 otaqdan ibarət olacaq.

Bundan əlavə, kəndlərə gedən avtomobil yolları bərpa ediləcək. Kəndlərə təbii qaz, icməli su xəttələri cəkiləcək, elektirik şəbəkəsi də yenidən qurulacaq.

Mövzu ilə bağlı hazırlanan videomaterialı təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR