Ukraynada separatçıların daha bir komandiri məhv edildi

Ukraynada separatçıların daha bir komandiri məhv edildi
00:14 8 Mart 2017
91 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynanın Luqansk vilayətində separatçı qüvvələrin “Plastun” ləqəbli komandiri məhv edilib.  

 

APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, Ukraynanın işğal olunmuş əraziləri ilə bağlı məsələlər üzrə nazir müavini Georgi Tuka məlumatı təsdiqləyib.

 

Məlumata görə, öldürülən şəxs Ukraynanın qondarma “Luqansk Xalq Respublikası” separatçı regionu ərazisində silahlı dəstəyə rəhbərlik edib. Onun 2014-cü ildə Luqans vilayətinin Xryaşevatoye qəsəbəsində yaralandığı bildirilir.

 

“Plastun”un ölümünü sosial şəbəkələrdə digər separatçılar da təsdiqləyib.

 

Qətlin təfərrüatları açıqlanmır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/269338

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR