Böyük savaş başladı: 60 milyon avro...

Böyük savaş başladı:   60 milyon avro...
00:17 8 Mart 2017
113 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal"ın futbolçusu Aleksis Sançes İtaliyaya dönür. Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu 


Məlmata görə, müqaviləsi 2018-ci ildə başa çatacaq çilili ulduz uğrunda "Yuventus"la "İnter" mübarizə aparır. "Yuventus"un daim Çempionlar Liqasında oynaması və A Seriyasında çempionluğun əsas namizədi olması Sançesin seçiminə təsir edə bilər. Amma "İnter"in Çin şirkəti tərəfindən satın alınması və transferə 150 milyon avroluq büdcə ayırması işləri qarışdırır. Bu səbəbdən Milan klubu yük sək məbləğ ödəməklə onun qərarına təsir edə bilər.


2014/15 mövsümünün əvvəlində "Arsenal"ın "Barselona"dan 42,5 milyon avroya aldığı futbolçuya London klubu 60 milyon avro qiymət qoyub. Bu məbləği ödəyən onu heyətinə qata biər.


Sançesin "Arsenal"dan getməsinə gəlincə, böyük ehtimalla o, komandada qalmayacaq. Ötən həftə baş məşqçi Arsen Vengerlə məşq meydanında mübahisə edən futbolçunun komanda yoldaşları ilə da münasibətləri gərgindi.


Qeyd edək ki, Sançes 2006-2011-ci illlərdə İtaliyada "Udineze"nin formasını geyinib. A Seriyası klubu "River Pleyt"dən 1 milyon avroya aldığı futbolçunu "Barselona"ya 26 milyon avroya satıb. Hazırda "Transfermarkt" ona 65 milyon avro qiymət qoyub.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-boyuk-sava-balad-t56772.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR