İbrahimoviç üç oyunluq diskvalifikasiya olunub

İbrahimoviç üç oyunluq diskvalifikasiya olunub
00:52 8 Mart 2017
118 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 8 mart. REPORT.AZ/ "Mançester Yunayted" klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç İngiltərə Futbol Assosiasiyasının qərarı ilə üç oyunluq diskvalifikasiya olunub.
"Report" xəbər verir ki, o, həmçinin belə hallar üçün nəzərdə tutulan standart cəriməni ödəməli olacaq.
Forvard "Bornmut"la 1:1 hesabı ilə başa çatan oyundakı epizoda görə cəzalandırılıb. Müdafiəçi Minqz İbrahimoviçin başına toxunub, cavab olaraq isə üzündən dirsək zərbəsi alıb.
İbrahimoviç "Çelsi" ilə Kubok oyununu, həmçinin "Sauthempton" və "Midlsbro" ilə çempionat qarşılaşmalarını buraxacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-brahimovic-uc-oyunluq-diskvalifikasiya-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR