Fransa zooparkında brokonyerlər buynuza görə kərkədanı öldürüblər

Fransa zooparkında brokonyerlər buynuza görə kərkədanı öldürüblər
01:32 8 Mart 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 8 mart. REPORT.AZ/ Fransanın Tuari şəhər zooparkında naməlum şəxslər Afrika kərkədanının saxlandığı volyerə daxil olaraq heyvanı öldürüblər.
"Report" BBC-yə istinadən xəbər verir ki, canilər "Vins" ləqəbli ağ kərkədanı başından güllələyiblər və buynuzunu kəsərək özləri ilə aparıblar.
Həmin şəxslərin mahiyyət etibarı ilə buynuz ovçuları olduğu ehtimal edilir.
Qara bazarda sözügedən buynuzların bir kiloqramı təqribən 60 min dollar civarında qiymətləndirilir.
Bu, brokonyerlərin birbaş zooparkda heyvanlara hücum etməsi ilə bağlı ilk haldır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/fransa-zooparkinda-brokonyerler-buynuza-gore-kerkedani-oldurubler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR