Misirli arxeoloq Messini TƏHQİR ETDİ: "Axmaqdır"

Misirli arxeoloq Messini TƏHQİR ETDİ: "Axmaqdır"
01:43 8 Mart 2017
112 İdman
Ölkə mətbuatı
A- A+

“Barselona”nın və Argentina millisinin hücumçusu Lionel Messinin hepatit C-dən əziyyət çəkənlərə dəstək məqsədilə Misirə yollandığı, səfər zamanı paytaxt Qahirədə yerləşən piramidaları gəzdiyi barədə məlumat vermişdik.

Komanda.az xəbər verir ki, Messinin piramidalara ziyarəti zamanı ona bələdçilik edən misirli arxeoloq Zahi Havas “Misir TV”-yə açıqlamasında argentinalı ulduz barədə danışıb. Hücumçunun intellektual səviyyəsinin aşağı olduğunu deyən Havas, onu “axmaq” adlandırıb:

“Bunu dediyim üçün təəssüf edirəm, lakin o, bir axmaqdı. Onunla piramidalarda yarım saat keçirdim. Milyonlarla təqibçisi, fanatı olduğu üçün bunları ona danışmam məncə, vacib idi. Bu, Misir və turizm cəhətdən yaxşı haldı. Amma məncə, ona heç maraqlı gəlmədi. Ona danışdıqlarımdan sonra üzündə heç bir maraq ifadəsi yaranmadı. Çox mülayim idi, ancaq bəlkə də, sadəcə futbolla maraqlanır”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/190553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR