ÇL: "Real" və "Bavariya" 1/4 finalda! - VİDEO

ÇL: "Real" və "Bavariya" 1/4 finalda! - VİDEO
02:03 8 Mart 2017
166 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının ilk 1/4 finalçıların adları məlum olub.

Publika.az xəbər verir ki, “Arsenal”la “Bavariya”nın oyununda hər şeyə böyük ölçüdə aydınlıq gəlmişdi. Belə ki, Münhendə 1:5 hesabıyla məğlub olan “topçular” doğma meydanda kağız üzərində qalan şanslarını reallaşdırmaq üçün əlindən gələni edəcəkdi. Ancaq Arsen Vengerin yetirmələrinin bütün səylərinə baxmayaraq, möcüzə baş vermədi. Matçda hesabı ingilislər açsa da, ikinci hissədə özünü qonaq kimi aparmayan "Bavariya" ilk oyundakı nəticəni təkrarlayaraq, 1/4 finala darmadağınla adlayıb - 5:1.

Günün digər oyununda isə “Napoli” “Real”la qarşılaşıb. İlk oyunda hesabı açsa da, üstünlüyünü sonadək qoruyub saxlaya bilməyən italyanlar doğma meydanda da eyni taleyi yaşayıb. Evdə də 1:3 hesabıyla uduzan Neapol təmsilçisi qitənin ən nüfuzlu klub turnirində mübarizəni 1/8 finalda dayandırıb.

Çempionlar Liqası. 1/8 final, cavab oyunları

7 mart

Arsenal (İngiltərə) - Bavariya (Almaniya) 1:5 (ilk oyun 1:5)

Qol: Uolkott, 20 - Levandovski, 55-pen. Robben, 68. Duqlas Koşta, 78. Vidal, 80; 85.

Qırmızı vərəqə: Koselni, 53 (Arsenal).

Napoli (İtaliya) - Real (İspaniya) 1:3 (1:3)

Qol: Mertens, 24 - Ramos, 51. Mertens, 57-avtoqol. Morata, 90+1.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/190558.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR