BƏƏ fevralda neft hasilatının azaldılması üzrə kvotanı yerinə yetirib

BƏƏ fevralda neft hasilatının azaldılması üzrə kvotanı yerinə yetirib
04:22 8 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 8 mart. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirlikləri cari ilin fevral ayında neft hasilatının azaldılması üzrə öz kvotasını tam olaraq yerinə yetirib, martda hasilatın azaldılması tempi daha da artırılacaq.
"Report" xəbər verir ki, bunu BƏƏ-nin energetika naziri Suheyl Məhəmməd Fərəc əl-Mazrui Hyustonda keçirilən "CERAWeek" neft konfransının kuluarlarında jurnalistlərə deyib.
"Biz fevralda 100 faizlik nəticə əldə etdik, martda bu, 100 faizi də ötəcək", - deyə nazir bildirib və BƏƏ-nin bu şəkildə yanvar ayının planı üzrə geriliyi aradan qaldıracağını əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bee-fevralda-neft-hasilatinin-azaldilmasi-uzre-kvotani-yerine-yetirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR