Latviyada latış dilini bilməyənlərə torpaq satmaq qadağan oluna bilər

Latviyada latış dilini bilməyənlərə torpaq satmaq qadağan oluna bilər
04:52 8 Mart 2017
108 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 8 mart. REPORT.AZ/ Latviyada ən pis halda "A" səviyyəsində latış dilini bilməyən şəxslərə torpaq satışına qadağa qoyula bilər.
"Report" xəbər verir ki, belə bir təklifi martın 7-də ölkə parlamentinin xalq təsərrüfatı üzrə komissiyası təsdiq edib.
Təşəbbüsə görə, yerli fermerlərin torpaq sahəsi əldə etməsi asan olacaq. Həmçinin Latviyada müvəqqəti yaşayan əcnəbilərə torpaq satışı qadağan oluna bilər. Söhbət Avropa İttiaqı, İsveçrə və Avropa iqtisadi zonası ölkələrinin vətəndaşlarından gedir.
Eyni zamanda ölkədə biznesi olan, lakin Latviyada yaşamayan və qeydiyyat haqqında şəhadətnamə almayan əcnəbilər də torpaq ala bilməyəcəklər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/latviyada-latis-dilini-bilmeyenlere-torpaq-satmaq-qadagan-oluna-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR